Tokionun şərqində güclü zəlzələ oldu

tokionun-serqinde-guclu-zelzele-oldu
Oxunma sayı: 1722

Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, Çiba əyalətinin Kamisu sahillərində yerli saatla 19:03-də 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.