“Topal” ləqəbli narkotacir saxlanıldı - Foto

topal-leqebli-narkotacir-saxlanildi
Oxunma sayı: 1910

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, Salyan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elvin Əliyevin üzərində şəxsi axtarış zamanı narkotik vasitələr olan 52,263 qram heroin, 48,945 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, Elvin Əliyev narkotik vasitələri satdığı adamlara adını deməyərək özünü “Topal” kimi təqdim edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.