Bakının Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq,285 qram küstar üsulla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr CM-nin müxtəlif maddələri məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram küstar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər