Evinə qonaq gələn qayınanasının mənzilinə gedib oğurluq etdi - Tutuldu

evine-qonaq-gelen-qayinanasinin-menziline-gedib-ogurluq-etdi
Oxunma sayı: 1246

Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən oğurluq hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər mənzildən 9 min manat dəyərində qızıl-zinət əşyaları və 500 manatı oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Hüseynli, 24 yaşlı İ.Hacızadə və 21 yaşlı M.Alızadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən qadın gəlini və oğlu ilə birgə digər oğlu və gəlini olan A.Hüseynlinin evinə qonaq gedib. A.Hüseynli isə qaynanasının evində heç kimin olmayacağı və oğurluq edə biləcəkləri barədə tanışı olan iki şəxsə məlumat verib. Onların taladıqları qızıl-zinət əşyalarını satmaları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.