Masazırda “Hyundai” və “BMW” yandı - Video

masazirda-hyundai-ve-bmw-yandi
Oxunma sayı: 842

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış “BMW” markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.