Tovuz sakini qatar vurması nəticəsində vəfat etdi

tovuz-sakini-qatar-vurmasi-neticesinde-vefat-etdi
Oxunma sayı: 7898

Tovuz sakini qatar vurması nəticəsində vəfat edib.  

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb. Bildirilib ki, bu gün saat 20:00-da yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov dəmir yolu xəttinə yaxınlaşaraq özünü qəfildən relslərin üzərinə atıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan T. Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verdiyi müvafiq sahədə təyin olunmuş sürət 60 km/saatdır, hadisə vaxtı qatarın faktiki sürəti 50-52 km/saat olub.

Fakt aidiyyəti üzrə araşdırılır.