Tovuzda ağır qəza, yaralılar var - Fotolar

tovuzda-agir-qeza-yaralilar-var
Oxunma sayı: 3187

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Tovuz şəhərinin Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Range Rover” markalı maşın “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı “Range Rover” yoldan çıxaraq hasara çırpılıb və aşıb.

Nəticədə “VAZ”ın sürücüsü - 1989-cu il təvəllüdlü Tovuz rayon Əlibəyli kənd sakini İsmayılov Orxan Mehdi oğlu, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Şəmkir sakini Əliyeva Elnarə Qasım qızı  və “Range Rover” markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Tovuz rayon sakini Mehralıyev Cavid İsgəndər oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Elnarə Əliyevanın vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Digər yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir.                                      

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli