Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video

toy-karvaninda-avtoxuliqanliq-edenler-hebs-olundu
Oxunma sayı: 1043

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Gəncə ŞBPİ-nin DYP Şöbəsinin keçirdiyi tədbirlə toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri - E. Hətəmi, E. Məmmədov və Z. Həsənov saxlanılıblar.

Sürücülər barəsində inzibati protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.

Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.