Tramp Baydeni təqlid etdi - Video

tramp-baydeni-teqlid-etdi
Oxunma sayı: 1582

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 27 apreldə qatıldığı tədbirlərin birində yenidən prezidentliyə namizəd olacağını açıqlayan 80 yaşlı ABŞ rəhbəri Cozef Baydeni ələ salıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu dəfə Baydenin unutqanlığını təqlid edib.

Tramp Baydenin Şimali Karolina ştatındakı çıxışında boş yerə əl sıxaraq yolunu tapmağa çalışdığı anları xatırladıb.

"Hara gedirəm? Hansı cəhənnəmə gedirəm? Çölə çıxmaq istəyirəm. Buradır, yox, başqa yerdir", - deyə həmin anları yada salıb. 

Həmçinin, Tramp Amerika siyasət tarixində Bayden kimi mənfi xüsusiyyətlərə malik dövlət başçısının olmadığını iddia edib:

"O, sadəcə özünü və ailəsini zənginləşdirməyə çalışır. Çinlə bağlı heç nə etmədi. Çünki Bayden həmin ölkədən milyonlarla dollar alıb”.