Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək

tramp-rusiya-ile-bagli-muhum-beyanat-verecek
Oxunma sayı: 2883

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - o deyib. 

Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

“Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, - Tramp əlavə edib.