Tramp virusa qarşı görülən tədbirlərin müddətini uzatdı

tramp-virusa-qarsi-gorulen-tedbirlerin-muddetini-uzatdi
Oxunma sayı: 2092

ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə görülən tədbirlərin müddəti aprelin 30-dək uzadılıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Bundan əlavə, Trampın fikrincə, ölkədə koronavirusdan ölümün pik həddi iki həftə ərzində baş verə bilər.  

O, həmçinin qeyd edib ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə görülən tədbirlərin olmasaydı, 2 milyondan çox amerikalı vəfat edə bilərdi, yekun ölüm hallarının sayı 100-200 min nəfər olması yaxşı nəticə olacaq.  

Trampın qiymətləndirməsinə görə, ABŞ-da vəziyyətin normallaşması iyundan başlaya bilər.

Qeyd edək ki, indiyədək ABŞ-da koronavirusdan 2,4 mindən çox insan vəfat edib, 140 minə yaxın insan bu virusa yoluxub.