Trampa dəstək üçün qulaqlarına sarğı taxdılar - Fotolar + Video

trampa-destek-ucun-qulaqlarina-sargi-taxdilar
Oxunma sayı: 3039

ABŞ-də Respublikaçıların qurultayında maraqlı hadisə yaşanıb. Belə ki, respublikaçıların qulaqlarına sarğı taxdıqları müşahidə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, prezidentliyə namizəd Donald Trampın tərəfdarları bu yolla namizədə dəstək olduqlarını göstəriblər.

Xatırladaq ki, iyulun 13-də Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxışı zamanı güllələnib.