“İsrailin və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmi nümayəndələri ABŞ-dən İrana hələ zərbə endirməməyi xahiş ediblər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “NBC” telekanalı yayıb.
Mənbələrin sözlərinə görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran hələ kifayət qədər zəifləməyib, bu səbəbdən də, ABŞ-nin zərbələri İslam respublikasında hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq.
Onlar həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasına İrandakı vəziyyət daha da gərginləşənə qədər genişmiqyaslı hücumları təxirə salmağı təklif ediblər.
Qeyd edək ki, yanvarın 13-də Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas zamanı D.Tramp üçün İrandakı vəziyyətlə bağlı fəaliyyət variantları hazırlanıb. “Axios” portalı isə yazıb ki, Tramp Detroytdan qayıtdıqda o da iclasda iştirak edib.
Son xəbərlər
Son Xəbərlər