Trampla Putinin telefon danışığının vaxtı açıqlandı

trampla-putinin-telefon-danisiginin-vaxti-aciqlandi
Oxunma sayı: 1423

Bu gün Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutacaq telefon danışığının vaxtı açıqlanıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. 

Onun sözlərinə görə, telefon danışığının Bakı vaxtı ilə 17:00 – 18:00 aralığında həyata keçiriləcəyi gözlənilir. 

Xatırladaq ki, tərəflər arasında 3 ildən sonra ilk dəfə telefon danışığı fevralın 12-də olmuşdu.