“Trüdo Kanadada söz azadlığını boğmağa çalışır”

trudo-kanadada-soz-azadligini-bogmaga-calisir
Oxunma sayı: 1313

“Trüdo Kanadada söz azadlığını boğmağa çalışır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri milyarder İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.

O, Kanadanın Baş naziri Castin Trüdonun söz azadlığına hörmət etmədiyini bildirib.

"Trüdo Kanadada söz azadlığını boğmağa çalışır. Ayıbdır", - deyə Mask vurğulayıb.

Qeyd edək ki, sentyabrın 29-da Kanada hökuməti ölkədəki yayım xidmətlərinin Radio-Televiziya və Telekommunikasiya Komissiyasında (CRTC) qeydiyyatdan keçməsini tələb edən tənzimləmə ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, sosial media və podcast xidmətləri təklif edən onlayn xidmətlər CRTC-də qeydiyyatdan keçməlidir, yalnız video oyun və audiokitab xidmətləri təklif edənlərin isə qeydiyyatdan keçməsi tələb olunmur.