“Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb” - Rəsmi

tuneldeki-hadisenin-ady-nin-infrastrukturu-ile-elaqesi-olmayib
Oxunma sayı: 3217

Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrəfilov bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

“Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb”.