“Turan Tovuz” “Sumqayıt”a uduzdu

turan-tovuz-sumqayita-uduzdu
Oxunma sayı: 1368

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirub. Son turlarda uğursuz çıxışı ilə gündəmdə olan sumqayıtlıların Tovuz səfərində nəyə nail olacağı maraqla gözlənilirdi. Qarşılaşmanın ilk hissəsi meydan sahibləri üçün uğurlu alınıb. Lakin ikinci hissədə oyunda dönüş yaradan qonaq komanda əzmkar qələbə qazanıb.

Bu turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları isə aprelin 2-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur
31 mart

“Turan Tovuz” – “Sumqayıt” 2:3
Qol: N.Oduva, 7. R.Eva, 33 – K.Əliyev, 11; 68-pen. D.Karioka, 58.
Qırmızı vərəqə: V.Mustafayev, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 15:30.