Dekabrın 9-da Astarada balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə onların tapılması ilə bağlı məlumatlar yayılsa da, rəsmi şəkildə təkzib olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər