Türk dövlətləri arasında turnir keçirilə bilər

turk-dovletleri-arasinda-turnir-kecirile-biler
Oxunma sayı: 1652

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı türk dövlətlərinin futbol komandaları arasında turnir keçirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qalatasaray”ın prezidenti Dursun Özbek məlumat verib. 

O bildirib ki, turnir avqust ayının sonları üçün planlaşdırılır. 

Dursun Özbek bu barədə “Qarabağ” və “Qalatasaray” arasında keçirilən görüşdən öncə Prezident İlham Əliyevlə görüşdə ölkə başçısına məlumat verib. 

Prezident İlham Əliyevin də buna razılıq verdiyi qeyd olunub. 

Istanbul klubunun rəhbəri həmçinin ölkə başçısının “Qarabağ” və “Qalatasaray” arasında növbəti oyunun Qarabağda keçirilməsi barədə tapşırıq verdiyini deyib. 

Həmçinin oxuyun: “Это урок для хаев и Ирана”