Türkiyə Azərbaycanla bağlı AŞPA-ya çağırış etdi

turkiye-azerbaycanla-bagli-aspa-ya-cagiris-etdi
Oxunma sayı: 2276

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir:

“Əməkdaşlıq və dialoq kanallarının bağlanması anlamını daşıyan bu addımın regionda sülh və sabitliyin təmin olunmasına xidmət etməyəcəyi aydındır. Türkiyə AŞPA-nı bu səhvini tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”.