Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, iclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub.
Belə ki, Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, görüş Beştəpədəki iqamətgahda 2,5 saat davam edib.