Türkiyə parlamentində deputatlar yenə dalaşdı - Fotolar+ Video

turkiye-parlamentinde-deputatlar-yene-dalasdi
Oxunma sayı: 2155

Türkiyə Böyük Millət Məclisində (TBMM) 2020-ci il dövlət büdcəsinin gəlirləri müzakirə olunarkən AKP ilə CHP-nin deputatları arasında dava baş verib.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, millət vəkilləri dava zamanı bir-birlərini təhqir ediblər.

TBMM sədri iclasda fasilə elan edib.

Qeyd edək ki, Türkiyə parlamentində analoji hadisələr tez-tez yaşanır.