Türkiyə turizmdən 60 milyard dollar qazana bilər

turkiye-turizmden-60-milyard-dollar-qazana-biler
Oxunma sayı: 2448

Dünyanın aparıcı turizm bölgələrindən olan Türkiyə 2023-cü ildə illik 10 % artımla 56,7 milyon beynəlxalq ziyarətçini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin hesabatında qeyd edilib. Bildirilib ki, ölkənin turizm gəliri illik müqayisədə 17 % artaraq 54,3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb. Beynəlxalq ziyarətçilərin sayı və turizm gəlirləri ölkənin rekord göstəriciləri olaraq açıqlanır.

2023-cü ildə rekorda imza atan qonşu dövlət 2024-cü il ərzində 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib.