Türkiyə XİN Azərbaycanı təbrik etdi

turkiye-xin-azerbaycani-tebrik-etdi
Oxunma sayı: 872

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“35 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını azadlığa qovuşdurdu. O gün Bakıda qaldırılan bayraq bu gün bütün Azərbaycan səmalarında dalğalanır!

Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik!”, - paylaşımda bildirilib.