Türkiyə XİN-dən Azərbaycan-Ermənistan birgə bəyanatına - Reaksiya

turkiye-xin-den-azerbaycan-ermenistan-birge-beyanatina
Oxunma sayı: 3098

“Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatında elan edilən iki ölkə arasında etimadın möhkəmləndirilməsi ilə bağlı bəzi konkret addımların atılması qərarını alqışlayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilir ki, Türkiyə tərəflər arasında etimadın artırılması ilə bağlı əlavə addımların atılmasına dair müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyir. 

Bununla yanaşı, Türkiyə XİN Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanacağına ümid etdiyini vurğulayıb.