Türkiyədə son iki həftə ərzində FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 160 nəfər saxlanılıb, onlardan 90 nəfəri həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində yazıb.
Məlumata görə, əməliyyatlar ölkənin 39 vilayətində keçirilib. Saxlanılanlar arasında təşkilatın maliyyə, təhsil və xarici əlaqələrlə məşğul olan strukturlarına cəlb edilmiş şəxslərin olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər