Türkiyədə helikopter qəzaya uğradı, iki pilot həlak oldu

turkiyede-helikopter-qezaya-ugradi-iki-pilot-helak-oldu
Oxunma sayı: 1960

Türkiyənin Qaziantep şəhərinin Kartal kəndi ərazisində helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onu sözlərinə görə, qəza nəticəsində 2 pilot həlak olub.

“Bu gün axşam saatlarında Hatay Hava Limanından Qaziantep Hava Limanına getmək üçün havaya qalxan helikopterimiz, Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya düşüb. Sonuncu dəfə saat 22:49-da Vahid Hava Hərəkatları Mərkəzi ilə əlaqə saxlayan helikopterimizdə olan iki pilot şəhid olub, texniki işçimiz isə yaralanıb”, - Yerlikaya sosial mediadakı paylaşımında qeyd edib.