Türkiyədə hərbi təyyarə qəzaya düşdü, ölən var - Video

turkiyede-herbi-teyyare-qezaya-dusdu-olen-var
Oxunma sayı: 2618

Türkiyənin Konya şəhərində “NF-5” tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, təyyarənin pilotu paraşütlə özünü ataraq xilas ola bilib. O, xəstəxanaya çatdırılıb.

Bununla belə, qəza zamanı hadisənin baş verdiyi ərazidə uçuş-enmə zolağında təmir işləri aparan bir şəxs həlak olub.

Hadisənin səbəbi hələ ki məlum deyil.