Türkiyədə neft kəmərində partlayış - Video

turkiyede-neft-kemerinde-partlayis
Oxunma sayı: 1581

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonundan keçən neft kəmərində partlayış baş verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, partlayış nəticəsində Kahramanmaraş-Qaziantep avtomobil yolu bağlanıb.

Hadisə hazırda güclü qar yağan Pazarcık rayonunun Narlı Məhəlləsində naməlum səbəbdən baş verib.

Partlayışdan sonra başlayan yanğın Kahramanmaraş-Qaziantep avtomobil yoluna da keçib.

"Hazırda neft kəmərində baş verən partlayışda yaşayış məntəqələri üçün risk və can itkisi yoxdur", - Kahramanmaraş valisi Ömər Faruk Coşkun partlayışla bağlı açıqlama verib.