Türkiyədə səhiyyə işçilərinin vaksinasiyasına başlanıldı - Fotolar

Türkiyədə səhiyyə işçilərinin vaksinasiyasına başlanıldı
Oxunma sayı: 777

Xəbər verdiyimiz kimi, Çindən Türkiyəyə gətirilən “Sinovac” şirkəti tərəfindən hazırlanan “CoronaVac” peyvəndindən istifadə təsdiqləndikdən sonra kütləvi peyvəndlənmə kampaniyasına başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, ilkin mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər peyvənd olunacaq.

İstanbulda ilk peyvənd Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə tətbiq edilib.

İlk peyvəndi vurduran həkim ağrı hiss etmədiyini bildirib.