Türkiyədə yenidən zəlzələ oldu - Yenilənib

turkiyede-yeniden-zelzele-oldu
Oxunma sayı: 5488

Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla 12:59 radələrində baş verən yeraltı təkanların episentrı Kütahyanın Simav rayonunda 8,4 km dərinlikdə olub.

Zəlzələ İstanbul, İzmir və Bursada hiss edilib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

***

Türkiyənin Kütahya vilayətində yenidən zəlzələ baş verib. Yeraltı təkanlar 4 maqnituda gücündə olub.