Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” tipli biznes təyyarəsinin radarlardan itməsi fonunda Ankaranın Haymana rayonunda qəzaya uğrayan xüsusi təyyarəyə aid olduğu iddia edilən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin kadrlar yerli mediada paylaşılıb.
İddialara görə, yayılan görüntülərdə Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddadın daxilində olduğu təyyarənin qəzaya uğrama anı əks olunub.
Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya daha əvvəl verdiyi açıqlamada, Ankaradan Tripoliyə doğru hərəkət edən “9H-DFJ” qeydiyyat nömrəli “Falcon 50” biznes təyyarəsi ilə saat 20:52-də əlaqənin kəsildiyini təsdiqləmişdi.
***
Türkiyə KİV-in məlumatına görə, təyyarə qəzaya uğrayıb, Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad və nümayəndə heyəti həlak olub.
Son xəbərlər
Son Xəbərlər