Liviya Baş Qərargah rəisi heyəti ilə birgə qəzada həlak oldu - Yenilənib

liviya-bas-qerargah-reisi-heyeti-ile-birge-qezada-helak-oldu
Oxunma sayı: 1544

Ankara Esenboğa Hava Limanından havaya qalxan Falcon 50 tipli biznes təyyarəsi radarlardan itib.

“Qafqazinfo” “Haberglobal”a  istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra nəzarətdən çıxıb.

Bildirilir ki, həmin vaxt hava limanı yaxınlığında partlayış səsinə bənzər güclü səs eşidilib.

Məlumata görə, təyyarədə Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad olub.

O, bu gün Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun rəsmi dəvəti ilə Ankaraya səfər etmişdi.

Təyyarənin göyərtəsində sərnişinlərin olub-olmadığı hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya məsələ ilə bağlı açıqlama verib:

“Bu axşam saat 20:10-da Ankara Esenboğa Hava Limanından Tripoliyə gedən 9H-DFJ nömrəli “Falcon 50” biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Təyyarədən Haymana yaxınlığında təcili eniş etmək istəyi daxil olub, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb. Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla 5 sərnişin var. Hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

***

Liviya Baş naziri Əbdülhəmid Dibeybe Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan şəxslərin həlak olduğunu açıqlayıb.

“Dərin kədərlə Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad və onun yoldaşlarının vəfatı xəbərini aldıq”, - deyə o sosial media hesabında yazıb.