Türkiyəli məşhurlar hansı peşə sahibləridir?

turkiyeli-meshurlar-hansi-pese-sahibleridir
Oxunma sayı: 7973

Müxtəlif sahələr üzrə elə məşhurlar var ki, onlar ali təhsil alsalar da, ixtisasaslarında uğurlu olmayıblar.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan bəziləri vəkillikdən müğənniliyə, memarlıqdan aktyorluğa gəliblər.

Ebru Polat

Müğənni fasilə verdiyi vəkillik peşəsinə qayıtmaq qərarına gəlib. Polat bu barədə sosial media hesabında məlumat verib:

"Gələn həftədən mənə "vəkil xanım" deyəcəksiniz. 15 ildən sonra peşəmə qayıtdım".

Ebru Polat İstanbul Vəkillər Kollegiyasında çəkdirdiyi fotosunu izləyiciləri ilə paylaşıb.

Yaşar

Müğənni Yaşar məşhurlaşmamışdan əvvəl turist bələdçisi işləyib.

Ferhad Köçer

Məşhur müğənninin əsas peşəsi həkimlikdir. 

Hande Yener

Tanınmış müğənni xadimə işləyib. Bir gün Sezen Aksu işlədiyi mağazaya girəndə onun bütün həyatı dəyişib.

Buğra Gülsoy

Əsas peşəsi memardır. Gülsoy "Doğu Akdeniz Universiteti"ni bitirib.

Kənan İmirzalıoğlu

Kənan İmirzalıoğlu məşhur olmasaydı, akademik olardı. O, “Yıldız Texniki Universiteti” Riyaziyyat fakültəsinin məzunudur.

Serdar Ortaç

Atasının xahişi ilə o, mexanik işləyib.

Tuba Büyüküstün

Əsas məşğuliyyəti dekorasiya və səhnə tərtibatçılığıdır.

Dəniz Seki

Dəniz Seki əvvəllər kosmetoloq olub.

Davud Güloğlu

Davud Güloğlu "Rize Belediye Spor” klubunun futbolçusu olub.

İbrahim Tatlıses

Məşhur olmadan əvvəl tikintidə çalışan Tatlısəs mahnı oxuyarkən adanalı bir kinorejissor tərəfindən kəşf edilib.