Türkiyəli nazirlər səs verdi - Video - Yenilənib

turkiyeli-nazirler-ses-verdi
Oxunma sayı: 2726

Türkiyədə nazirlər hazırda keçirilən prezident və parlament seçkilərində səs veriblər.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ölkəin daxili işlər naziri Süleyman Soylu İstanbulda, ədliyyə naziri Bekir Bozdağ isə Şanlıurfada səs verib.

Bununla yanaşı, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Antalyada səsvermə hüququndan istifadə edib. Naziri seçki məntəqəsində həyat yoldaşı Hülya Çavuşoğlu müşayiət edib.

***

Türkiyənin milli müdafiə naziri Hulusi Akar da prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Akar öz namizədinə Kayseridə səs verib.

Qeyd edək ki, prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Prezident seçkilərinin birinci turu  zamanı namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. 

Bununla yanaşı, seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.