Türkiyənin Suriyadakı səfiri fəaliyyətinə başlayır - 13 il sonra

turkiyenin-suriyadaki-sefiri-fealiyyetine-baslayir
Oxunma sayı: 240

Türkiyənin Suriyaya təyin etdiyi səfir Nuh Yılmaz bu gün vəzifəsinin icrasına başlayır.

“Qafqazinfo” “Türkiye” nəşrinə istinadən xəbər verir ki, müvəqqəti işlər vəkili Burhan Köroğlunun səlahiyyət müddətinin başa çatması ilə rəsmi Ankara 13 ildən sonra yenidən Dəməşqdə səfir səviyyəsində təmsil olunacaq. 

Qeyd edək ki, Nuh Yılmaz bu ilin oktyabr ayında Suriyaya səfir təyin olunub. 2013-cü ildə Türkiyənin Milli Kəşfiyyat Təşkilatında xidmətə başlamış N.Yılmaz 2023-cü ilədək orada hazırkı xarici işlər naziri Hakan Fidan ilə birlikdə çalışıb. O, 2023-cü ildən etibarən xarici işlər nazirinin baş müşaviri və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini tutub. Yeni səfir 2024-cü ilin may ayından xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.