Maykl Ceksonun mahnısına rəqs edirdi, yıxıldı - Video

maykl-ceksonun-mahnisina-reqs-edirdi-yixildi
Oxunma sayı: 536

Çinin Şençjen şəhərində keçirilən tədbirlərdən birinin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, “AgiBot” şirkətinin istehsal etdiyi “Expedition A3” humanoid robotu səhnədə rəqs edərkən yıxılıb.

Belə ki, məşhur müğənni Maykl Ceksonun əfsanəvi “Billie Jean” musiqisinin sədaları altında rəqs edən robot ilk olaraq səlis hərəkətləri ilə diqqət çəkib.

Lakin qısa müddət sonra robot yıxılıb və ayağa qalxa bilməyib. Bunun ardınca, şirkət nümayəndəsi səhnəyə daxil olaraq humanoid robotu oradan uzaqlaşdırıb.

Hadisənin görüntüləri müzakirələrə səbəb olub.