“Hələ sınaqdan keçirilməmiş yeni silahlarımız var”

hele-sinaqdan-kecirilmemis-yeni-silahlarimiz-var
Oxunma sayı: 704

“İran ABŞ və İsraillə münaqişədə döyüş meydanında hələ tətbiq edilməmiş müasir silahlara malikdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” İrandakı hərbi mənbəyə istinadən məlumat yayıb. 

“Elə müasir silahlarımız var ki, hələ döyüş meydanında istifadə olunmayıb və faktiki olaraq sınaqdan keçirilməyib”, - mənbə hücumların mümkün bərpa olunmasına İranın hazırlığını şərh edərkən deyib.

Onun sözlərinə görə, Tehran hücumları dəf etmək üçün tətbiq etməyə hazır olduğu vasitələr baxımından çatışmazlıq yaşamır.

“Avadanlıq, müdafiə imkanları baxımından biz ölkəmizi müdafiə etməyimizə mane olacaq çatışmazlıq yaşamırıq. Bu dəfə özümüzü təmkinli aparmaq niyyətində deyilik”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın İranla bağlı yüksəksəviyyəli milli təhlükəsizlik komandası ilə iclas keçirdiyi barədə xəbər yayılıb. Görüşdə mümkün hərbi ssenarilər və diplomatik addımlar müzakirə olunub.