Türkiyənin yeni maliyyə nazirindən faizlərlə bağlı - Açıqlama

turkiyenin-yeni-maliyye-nazirinden-faizlerle-bagli
Oxunma sayı: 2594

"Əsas prioritetimiz yüksək faizlər olmayacaq".

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin yeni təyin olunan xəzinə və maliyyə naziri Nurəddin Nəbati deyib.

“Bu mərhələdə vəzifədə bizim əsas işimiz yüksək faiz olmayacaq. İstehsal və ixracı artıracağıq, bununla da problemləri həll edəcəyik”, - yeni nazir bildirib.

N.Nəbati bildirib ki, dürüst və şəffaf işləyəcəklər:

“Proqnozlaşdırıla bilən bazarın və iqtisadiyyatın daha məntiqli olacağı addımlar atacağıq. Yarana biləcək hər cür şübhələr aradan qaldırılır, atılacaq addımlara birlikdə qərar veriləcək. İdarəçilik ən yüksək səviyyədədir və biz millət vəkillərimiz, iş dünyası və işçilərlə mütləq qərarlar verəcəyik".

“Güclü, etibarlı, qətiyyətli, iradəli və bütün əlaqədar qurum və təşkilatların koordinasiyalı şəkildə çalışdığı, Prezidentimizin müəyyən etdiyi siyasət çərçivəsində addımlar atılacaq. Hər cür fədakarlıq prosesini birlikdə yaşayacağıq”, - nazir əlavə edib.