Türkmənistanın əhalisi 7 milyonu ötdü

turkmenistanin-ehalisi-7-milyonu-otdu
Oxunma sayı: 3737

Türkmənistan əhalisinin 7 milyon 57 min 841 nəfərə yüksəldiyi açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Türkmənistan Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedov 17-27 dekabr 2022-ci il tarixlərində keçirilmiş siyahıyaalmanın nəticələri barədə Nazirlər Şurasına məlumat verib.

Ölkə əhalisinin 7 milyon 57 min 841 nəfərə yüksəldiyini deyən Amanmuhammedov qeyd edib ki, sözügedən əhalinin 47,1 faizi şəhərdə, 52,9 faizi isə kənd yerlərində yaşayır.