Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı

tutanxamonun-esl-uz-cizgileri-3300-il-sonra-ortaya-cixdi
Oxunma sayı: 3454

Misir fironu Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tutanxamunun üz cizgiləri beynəlxalq alimlər qrupu tərəfindən canlandırılıb.

Bunun üçün Braziliya, Avstraliya və İtaliyadan olan beynəlxalq alimlər qrupu tərəfindən mumiyalanmış kəllənin rəqəmsal modelindən istifadə olunub.

Bu canlandırma üç min il əvvəl ölən yeniyetmə padşahın gənc üzünü təqdim edib.

Qeyd edək ki, e.ə. 1341 –  e.ə. 1323-cü illərdə Misir fironu olan Tutanxamonun qəbri 1922-ci ildə alimlər tərəfindən tapılıb.