Uçan bina ilə bağlı rəsmi məlumat- - Binanın altında 2 nəfər qalıb

ucan-bina-ile-bagli-resmi-melumat-
Oxunma sayı: 3910


“Qafqazinfo” xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Günel