UEFA AFFA-nı cərimələdi

uefa-affa-ni-cerimeledi
Oxunma sayı: 1598

UEFA AFFA-nı 5 min avro cərimə edib. Bu barədə “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətindən məlumat verilib. 

Cərimənin səbəbi isə 21 yaşlılardan ibarət Azərbaycan yığmasının Şimali İrlandiyaya qarşı oktyabrın 12-də keçirdiyi matçın ikinci hissəsinin gec başlamasıdır. 

Belə ki, UEFA nümayəndəsi ikinci hissədə komandaların meydana gec çıxdığını görərək hər iki komandanın çalışdırıcısına xəbərdarlıq edib.

Əvvəlcə, qonaqların çalışdırıcısı rəqibin arenaya qayıtmasını gözlədiyini bildirib, daha sonra Samir Əliyev də komandasını meydana vaxtında çıxarmaqdan imtina edib. 

Qitə futbol qurumu təşkilatçı federasiya kimi AFFA-nı cərimələməklə yanaşı Şimali İrlandiya yığmasının baş məşqçisinə və Azərbaycan millisinin çalışdırıcısı Samir Əliyevə xəbərdarlıq göndərib.