UEFA prezidenti Türkiyənin oyunu üçün Bakıya gəldi

uefa-prezidenti-turkiyenin-oyunu-ucun-bakiya-geldi
Oxunma sayı: 1293

UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, o, bu gün Bakıda keçiriləcək AÇ-2020-nin Türkiyə - Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. A qrupu çərçivəsində keçiriləcək qarşılaşma AÇ-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, qarşılaşmaya saat 20:00-da start veriləcək.