UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

uefa-rusiyali-referini-futboldan-kenarlasdirdi
Oxunma sayı: 2084

UEFA Rusiyanın FİFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 39 yaşlı referinin 90 gün müddətinə futboldan kənarlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.