UEFA Türkiyəyə intizam işi açdı

uefa-turkiyeye-intizam-isi-acdi
Oxunma sayı: 2378

UEFA Türkiyə milli komandasına intizam işi açıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb “ay ulduzlu” futbolçuların Albaniya və Fransa matçlarında əsgər salamı verməsidir. 

Almaniya və Fransanın UEFA-ya müraciətindən sonra qitə futbol qurumu belə qərar verib. 

Bununla bağlı Türkiyə Futbol Federasiyasına xəbərdarlıq da edib. 

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.