“Ukrayna hava hədəflərini vura bilən pilotsuz təyyarələr hazırlamağı planlaşdırır”

ukrayna-hava-hedeflerini-vura-bilen-pilotsuz-teyyareler-hazirlamagi-planlasdirir
Oxunma sayı: 922

“Ukrayna hava hədəflərini vura bilən pilotsuz təyyarələr hazırlamağı planlaşdırır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixail Fedorov “The Associated Press” agentliyinə müsahibəsində deyib.

Agentliyin məlumatına görə, Ukrayna kəşfiyyat məqsədləri üçün təxminən 1400 pilotsuz təyyarə alıb və Rusiyanın istifadə etdiyi kamikadze dronlara hücum edə biləcək döyüş modelləri hazırlamağı planlaşdırır.

 Mixail Fedorov qeyd edib ki, Ukrayna tərəfi pilotsuz təyyarələrə getdikcə daha çox diqqət yetirmək və onun istifadəsi ilə daha çox əməliyyatlar aparmaq niyyətindədir.

Nazirin sözlərinə görə, fevral və ya mart aylarında dronlarla bağlı vəziyyət “köklü şəkildə” dəyişəcək.