“Ukrayna yaxın gələcəkdə hərbi məqsədinə nail ola bilməyəcək”

ukrayna-yaxin-gelecekde-herbi-meqsedine-nail-ola-bilmeyecek
Oxunma sayı: 3765

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli “Defense One” nəşrinin təşkil etdiyi virtual tədbir zamanı Ukraynanın bütün əraziləri geri qaytarmaq imkanını qiymətləndirib.

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, Pentaqon generalı Kiyevin qısa müddətdə hərbi hədəflərə çatmasına şübhə ilə yanaşıb.

“Düşünmürəm ki, yaxın gələcəkdə bu mümkündür. Bunu etməyin mümkün olmadığını demirəm. Sadəcə deyirəm ki, bu, çox çətin bir işdir”, - Milli qeyd edib.

M. Milli xatırladıb ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin məqsədi bütün Rusiya qoşunlarını Kiyevin özünün hesab etdiyi ərazilərdən çıxarmaqdır. O bunun çox çətin və ciddi hərbi vəzifə olduğunu vurğulayıb.