Ukraynada azərbaycanlı iş adamı qətlə yetirildi - Fotolar

ukraynada-azerbaycanli-is-adami-qetle-yetirildi
Oxunma sayı: 8756

Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 33 yaşlı Sənan Qəniyev bıçaqlanaraq qətlə yetirilib.

Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Qeyd edək ki, Sənan Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.