Ukraynada döyüşən ermənilər Ermənistanın Baş naziri Nikol Paşinyana videomüraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciət sosial şəbəkələrdə yayılıb.
Silahlılar Paşinyanı satqın adlandıraraq onun apardığı xarici siyasəti tənqid ediblər:
“Sən bütün erməni xalqını satdın. Biz Ukraynanın azadlığı uğrunda vuruşanda sən qorxaq kimi Türkiyə və Azərbaycanla cinayətkar sövdələşməyə getdin. Sənin erməni millətini təmsil etməyə haqqın yoxdur".